XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2020 - 15:30

Futbol üzrə dünya çempionu vəfat edib

İngiltərə millisinin tərkibində futbol üzrə dünya çempionu olmuş Nobbi Staylz 79 yaşında vəfat edib.

“Report” BBC-yə istinadən xəbər verir ki, veteran futbolçunun ölümünə xərcəng xəstəliyi səbəb göstərilib.

Keçmiş yarımmüdafiəçi “Mançester Yunayted”in yetirməsi idi. O, “qırmızı şeytanlar”ın heyətində iki dəfə İngiltərə çempionu, 1966-cı ildə İngiltərə millisinin tərkibində dünya birincisi, 1968-ci ildə Avropa çemionatının bürünc mükafatçısı olub. 1989 – 1993-cü illərdə “Mançester Yunayted”in məşqçilər korpusunda çalışmış Staylz 2000-ci ildə Britaniyanın İmperiya Ordeninə layiq görülüb.