XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2020 - 00:35

Dünyada koronavirus:yenidən rekord sayda yoluxma qeydə alınıb

Dünyada son bir gündə 535 928 COVID-19-a yoluxma hadisəsi qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bunun pandemiyanın başlanmasından bəri rekord göstərici olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl təsdiqlənmiş virusa yoluxma hallarının ən çox sayı 505 756 nəfər olub

Hazırda koronavirusa yoluxan xəstələrin ümumi sayının 45,4 milyondan çox olduğu vurğulanıb.

Son bir gündə dünyada koronavirusa yoluxan 7 246 pasiyent dünyasını dəyişib. Ümumilikdə infeksiya 1,1 milyondan çox şəxsin həyatına son qoyub/Report.