XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2020 - 11:12

Ermənistanda COVID-19:daha 28 nəfər ölüb

Ermənistanda daha 1 194 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 93 448-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 28 nəfər artaraq 1 391-ə çatıb. COVID-19 dianozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 376-ya yüksəlib. İndiyədək 56 466 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 35 215 aktiv koronavirus xəstəsi var. (report)