XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2020 - 15:50

Prezidentin köməkçisi erməni əsirlərdən danışdı:"Bizim Ermənistanla başlıca fərqimiz də elə budur”

“Biz mülki insanlarla müharibə aparmırıq. Bizim Ermənistanla başlıca fərqimiz də elə budur”.

Bu fikirləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən saxta videoların yayılması siyasəti də həyata keçirilməkdədir: ““Azərbaycanda olan erməni əsirlərin qida və digər təminatı, onlarla davranış qaydaları beynəlxalq hüquqda nəzərdə tutulmuş qaydada həyata keçirilir”.