XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2020 - 23:57

Gəncədə həlak olan 13 yaşlı Arturun anası erməni imiş- "Mənim oğlumu erməni raketi öldürdü"

Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində həlak olan Rusiya vətəndaşı 13 yaşlı Mayakov Arturun anası erməni imiş.

Trend-in məlumatına görə, oğlunun ölümü ilə bağlı “Bloknot-Stavropol”-a açıqlama verib.

Onun sözlərinə görə, Arturun atası dünyasını dəyişəndə ​​beş aylıq hamilə olub: “Artur Gəncədə – Azərbaycanda nənə və babasının, digər qohumlarının olduğunu bilirdi. Uşağı özüm böyüdüb tərbiyə etdim.

Bir dəfə Artur tətil üçün Azərbaycana getmək istədiyini dedi. Atasının yaşadığı şəhəri görmək və qəbiristanlıqda onun məzarına baş çəkmək istəyirdi”.

Daha sonra Anna Mehrabyan, oğlunu onun arxasınca gələn nənəsi ilə birlikdə Gəncəyə göndərib:

“Mənə dedi ki, “Ana, Azərbaycanda xoşuma gəlsə, orada qalacağam”. Ondan soruşdum: “Bəs mən?”. Artur Gəncədə daha yaxşı olacağını, atasının olduğu yerlərdə olmaq istədiyini söylədi”.

İki il yarım Artur Gəncədə yaşayıb, oxuyub. Yeniyetmə Yessentukiyə evə getməli imiş, ancaq pandemiya başlayıb və sərhədlər qapadılıb, sonra döyüş əməliyyatları başlaıb. Narahat olan Anna Mehrabyan səfirlik və nazirliyə müraciət edib:

“O vaxt bir aydı uşağımı görmürdüm. Məni dedilər ki, vəziyyət nəzarət altındadır, hər şey yaxşıdır və yerli sakinlərə toxunulmur. Arturun xalası mütləq onunla birlikdə gələcəyini söylədi”.

A.Mehrabyan bildirib ki, 17 oktyabrda isə Ermənistan Gəncəyə raket atdı. Bina çöküb və Artur ağır yaralanaraq komaya düşdü , 24 oktyabrda isə həkimlər yeniyetmənin həyatını xilas edə bilmədilər.

“Ötən gün təsadüfən uşağımın öldüyünü bildim. Axıra qədər inanmırdım. Bunun doğru olmadığını düşünürdüm. Sonra adını gördüm. 17 oktyabrdan komada olub, Mənim oğlumu erməni raketi öldürdü”.

Virtualaz.org-a məlum olub ki, Artur Mayakovun yatdığı xəstəxanadan Anna Mehrabyana bir neçə dəfə zəng edərək oğlunu ziyarət edə bilməsi üçün gəlməsini təklif ediblər. Lakin Anna Mehrabyan gəlməyib…