XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

04 Noyabr 2020 - 16:17

Qazaxıstanlı fəallar Azərbaycana dəstək nümayiş etdiriblər- FOTO

Qazaxıstanlı gənclər, ictimai fəallar və bloqerlərdən ibarət bir qrup insan Azərbaycanın Qazaxıstandakı Səfirliyini ziyarət ediblər.

Onlar Ermənistanın Gəncə, Bərdə, Tərtər şəhərlərinə və digər mülki yaşayış yerlərinə hücumunu, qadın və uşaqları qətlə yetirməsini pisləyib, Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildiriblər.

Azərbaycanın Qazaxlstandakı səfiri Rəşad Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və mövcud vəziyyət, döyüş əməliyyatları, düşmən ölkənin mülki şəxsləri, yaşayış məntəqələrimizi hədəf alması barədə məlumat verib. Ermənistan ordusunun Gəncə, Bərdə kimi şəhərlərimizə hücumu nəticəsində qadın və uşaqlar da daxil olmaqla onlarla insanın qətlə yetirilməsinin Ermənistanın terrorçu mahiyyətini ortaya qoyduğu bildirilib.

İştirakçılar vurğulayıblar ki, Azərbaycan səfirliyini ziyarət etməkdə əsas məqsədləri erməni terroruna və vandalizminə, onların törətdikləri ağır müharibə cinayətlərinə etiraz etmək, bununla qardaş Azərbaycan xalqı ilə birlikdə olduqlarını göstərməkdir.

Görüş çərçivəsində Ermənistanın təxribatını və mülki obyektləri raket atəşinə tutmasını, eyni zamanda Ordumuzun uğurlu əks hücumunu əks etdirən videotəqdimat nümayiş etdirilib(azərtac).