XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

04 Noyabr 2020 - 14:44

“Deutsche Welle” Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məqalə yayıb- FOTO

Almaniyanın “Deutsche Welle” xəbər agentliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yayıb. Məqalədə bir aydan çoxdur ki, Ermənistan və Azərbaycan arasında müharibənin davam etdiyi, üç dəfə əldə edilən atəşkəs razılaşmasının pozulduğu qeyd edilir.

Bildirilir ki, Azərbaycanın Gəncə şəhərinə raket atəşi nəticəsində mülki şəxslər öldürülüb. Azərbaycan erməni qoşunlarının Dağlıq Qarabağdan tamamilə çıxarılmasını tələb edir. Ermənistanın baş naziri rəsmi olaraq Rusiyadan yardım xahiş edib. Rusiya isə bildirib ki, müharibə yalnız Ermənistan ərazisinə keçəcəyi təqdirdə yardım göstərilə bilər.

Məqalədə qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsi onilliklərdir davam edir. Beynəlxalq hüquqa əsasən bölgə Azərbaycana məxsusdur.

Yazıda Ermənistanın Bərdəyə raket hücumu barədə də məlumat verilir. Bildirilir ki, hücum nəticəsində bir sıra binalar dağılıb, nəqliyyat vasitələri tamamilə yanıb. Məqaləyə Ermənistanın raket atəşi nəticəsində Gəncədə və Bərdədə dağılmış evlərin və infrastrukturun şəkilləri də əlavə olunub(azərtac).