XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

04 Noyabr 2020 - 15:23

Necdət Ünüvar:"Rəşadətli Azərbaycan Ordusu ən qısa zamanda öz məqsədinə çatacaq"

Bütün qəlbimizlə Azərbaycanın yanındayıq. Azərbaycanın haqlı mübarizəsinə siyasi, mənəvi dəstək vermək borcumuzdur. Ötən günlərdə bütün dünya gördü ki, rəşadətli Azərbaycan Ordusu böyük gücə qadirdir. Azərbaycanın ərazi bütövlüyünün bərpası və yurd-yuvasından didərgin düşən azərbaycanlıların öz evlərinə dönməsi arzumuz, istəyimiz və tələbimizdir.

Bu fikirləri Azərtac-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri, Ankara Universitetinin rektoru, professor Necdət Ünüvar ifadə edib.

Şanlı Azərbaycan Ordusunun ən qısa zamanda Qarabağı və işğal altındakı digər əraziləri düşməndən azad edəcəyinə əminliyini ifadə edən rektor Necdət Ünüvar deyib:

“Bir millət, iki dövlət olmağımız düşüncəmizdə və əməlimizdə reallığı göstərən gerçəklikdir. Qarabağ məsələsində hər zaman Azərbaycanla həmrəy olmuşuq. Ən yaxın zamanda qələbə xəbərləri gözləyirik. Şanlı Azərbaycan Ordusu bu sevinci bizlərə yaşatmaq üçün əzmkar döyüş yolu keçir”.