XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 November 2020 - 17:54

Əli Əsədov Türkiyə səfirliyində başsağlığı verib- Məsud Yılmazın vəfatı ilə əlaqədar

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 4-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, səfir Erkan Özoral ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Nazir Əli Əsədov Türkiyə Respublikasının keçmiş Baş Naziri, görkəmli siyasətçi və dövlət xadimi Məsud Yılmazın vəfatı ilə əlaqədar başsağlığı verib.

Baş Nazir səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.