XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 13:07

Prokurorluq:"Ermənilərin Bərdəyə raket zərbəsi zamanı yaralanan daha bir şəxs vəfat edib"

Sentyabrın 27-dən bu günə kimi Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin ağır artileriyadan atəşə tutulması nəticəsində 405 mülki şəxs yaralanmış, onlardan 43 nəfər ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunur.

Baş Prokurorluqdan Strateq.az-a verilən məlumata görə, hadisə zamanı yaralananlardan biri də vəfat edib:

“Dərin təəssüf hissi ilə bildiririk ki, 28 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinin mərkəzi hissəsinin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış 1995-ci il təvəllüdlü Paşayev Niftalı Səlim oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat etmişdir”.