XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 14:28

Azərbaycanın üçqat dünya çempionunun növbəti rəqibi bəlli olub –Məhəmmədrəsul Məcidov noyabrın 27-də rinqə çıxacaq

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun peşəkar rinqdəki növbəti rəqibi bəlli olub.

Məlumata görə, həvəskarlar arasında üçqat dünya çempionu olan idmançımız 3-cü döyüşünü noyabrın 27-də keçirəcək.

Ağır çəkidə mübarizə aparan Məhəmmədrəsul Puerto-Riko təmsilçisi Sahret Delqado ilə görüşəcək.

8 raundluq qarşılaşma ABŞ-da təşkil olunacaq. Döyüş Hollivuddakı “Seminole Hard Rock Hotel and Casino”da baş tutacaq.

Qeyd edək ki, indiyədək iki peşəkar döyüş keçirən Məcidov Ed Funten və Tom Littlə qalib gəlib. Onun rəqibinin hesabında isə 8 qələbə var/ApaSport