XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 23:58

Avropa Liqası:"Qarabağ" bu dəfə "Sivasspor"a uduzdu

UEFA Avropa Liqasının I qrupunda mübarizə aparan “Qarabağ” Türkiyədə “Sivasspor”la qarşılaşmadan da məğlub ayrılıb.

Strateq.az xəbər verir ki, “Yeni Sivas 4 Eylül” stadionunda baş tutan oyunda komandamız 0:2 hesabı ilə uduzub.

Bununla da ilk qələbəsini qazanan “Sivaspor” 3 xalla 3-cü pillədə möhkəmlənib. Ardıcıl 3-cü məğlubiyyətlə üzləşən Azərbaycan çempionu isə xalsızdır və sonuncu – 4-cü sıradadır.

Qeyd edək ki, “Qarabağ” noyabrın 29-da “Sivasspor”la cavab  görüşünə çıxacaq.

Qrupunun digər oyunu bu gün “Vilyarreal”lə “Makkabi” arasında Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.