XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 16:27

Ziya Məmmədovdan xəbər var –İmişlidə vətəndaşları qəbul edib, göstəriş verib

ziya memed.jpg

Nəqliyyat naziri Ziya Məmmədov bu gün İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində Beyləqan və İmişli rayonlarından olan sakinləri qəbul edib.

Qəbulda vətəndaşların müraciətləri əsasən, İmişli şəhərində müasir tipli avtovağzal binasının tikilməsi, Sarxanlı-Boşçalılar kənd avtomobil yolunda əsaslı tikinti işlərinin davam etdirilməsi və digər məsələlərlə bağlı olub.

Nəqliyyat naziri Z.Məmmədov vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Strateq.az