XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

06 Noyabr 2020 - 15:54

“Qarabağ”ın oyununun hakimləri koronavirusa görə dəyişdirilib –RƏSMİ

UEFA Avropa Liqasında I qrupunun III turunda Türkiyə “Sivasspor”u ilə “Qarabağ” arasında keçirilmiş oyunun hakimlərinin dəyişdirilməsinin əsl səbəbi müəyyənləşib.

Daha əvvəl UEFA-nın matça təyin etdiyi portuqaliyalı referi Joau Pineyruda koronavirus aşkarlandığı üçün qarşılaşma İsveçrədən olan hakimlər briqadasına həvalə olunub. Məlumatı Portuqaliya Futbol Federasiyasının rəsmi saytı yayıb.

Pineyru ilə yanaşı, yan xətt hakimləri Tyaqu Joze Pereyra Koşta və Pedru Ribeyru da müvafiq olaraq, isveçrəli həmkarları ilə əvəzləniblər. Oyunun 4-cü hakimi Yanku Yoan Vasilitsa isə dəyişdirilməyib.

Qeyd edək ki, “Qarabağ”ın 0:2 hesabı ilə uduzduğu matçı Sandro Şörerin başçılıq etdiyi hakimlər briqadası idarə edib.