2013-cü ildə tikilib təhvil verilmiş “Jurnalist Evi”nin plastik üzlükləri bu səhrədən etibarən sökülməyə başlayıb.
Strateq.az bildirir ki, səhər saatlarından etibarən texnikanın köməyi ilə fəhlələr binanın fasad örtüyünü dağıtmağa başlayıb.
Qeyd edək ki, Binəqədidə 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğından sonra prezident İlham Əliyevin göstərişi ilə polüertinlə üzlənmiş binaların plastik konstruksiyalarının sökülməsi aparılır.
Yanğında 16 nəfər həlak olub. Baş prokuror Zakir Qaralov açıqlamasında yanğına səbəb kimi divar üzlüklərinin keyfiyyətsiz olduğunu göstərmişdi.
17 mərtəbəli “Jurnalist Evi” 2010-cu ildə prezident İlham Əliyevin sərəncamı ilə ucaldılıb. Binanın tikilməsinə ilk mərhələdə 5 milyon manat ayrılmışdı.