Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 901 yoluxma halı qeydə alınıb, 34 nəfər ölüb.
Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 57 753 nəfərə, ölənlərin sayı isə 475 nəfərə çatıb.
Virusa yoluxanlardan 42 572 nəfərin sağaldığı bildirilir.