“Təhlükəsizliyi təmin etmək üçün xaricilərə arxalanmaq heç vaxt yaxşı qumar deyil”.
Strateq.az IRIB-ə istinadla xəbər verir ki, bunu öz “Twitter” səhifəsində İranın xarici işlər naziri yazıb.
Məhəmməd Cavad Zərifin eyhamlı ismarışının kimə ünvanlandığını təxmin etmək mümkündür.
O yazıb: “Tramp artıq 70 gündür ki gedib. Ancaq biz burada əbədi qalacağıq. Təhlükəsizliyi təmin etmək üçün xaricilərə arxalanmaq heç vaxt yaxşı qumar deyil”.
Daha sonra XİN rəhbəri qeyd edib: “Mübahisələri danışıqla həll etmək üçün qonşularımıza əl uzatırıq. Yalnız birlikdə hər kəs üçün daha yaxşı bir gələcək qura bilərik”.