XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 November 2020 - 11:45

Balakəndə yaşayış yerini tərk edən COVID-19 xəstələri saxlanılıb –DİN

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVİD-19 virusuna yoluxmuş 3 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən bildirilib ki, rayonun Qazma kənd sakini A.Xəlilov, şəhər sakinləri Ş.Əhmədova və onunla eyni ünvanda yaşayan T.Kaltayevanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə, onlara ev şəraitində müalicə təyin olunub. Həmin şəxslərə yaşayış yerlərini tərk etməmələri, qaydalara riayət etmələri tapşırılıb. Polis əməkdaşları tərəfindən ev şəraitində müalicə alan COVID-19 infeksiyasına yoluxmuş şəxslər yoxlanılan zaman onların qaydaları pozaraq, yaşadıqları ünvanları tərk etdikləri aşkarlanıb.

Dərhal keçirilən tədbirlərlə həmin şəxslərin rayon ərazisində olduqları yer müəyyən olunub. Onların olduqları əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.