XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2020 - 11:50

İran ordusunun çevik müdaxilə birliyi Azərbaycanla sərhəddə –Generaldan açıqlama

İran ordusunun çevik müdaxilə birliyi ölkənin şimal-qərb sərhəd bölgələrinə göndərilib.

Strateq.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran ordusunun Şimal Hava Hücumundan Müdafiə Zonasının komandanı general Əli Əkbər Abbas Təcəddad bildirib.

Onun sözlərinə görə, İslam Respublikasının hava məkanının təhlükəsizliyini təmin etmək üçün şimal-qərb qüvvələri gücləndirilir.

General bir daha İran silahlı qüvvələrinin “qırmızı xətlər”ini xatırladıb: xalqın təhlükəsizliyi, rifahı və ölkə ərazinin bütövlüyü.

Təcəddad bildirib: “Düşmənlər bilməlidirlər ki, İslam sisteminin təhlükəsizliyinə qarşı ən kiçik bir addım atsalar, onlarla ciddi şəkildə təpki verəcəyik”.

İran-Azərbaycan sərhədyanı bölgələri Dağlıq Qarabağda müharibənin başlamasından bəri gərginlik bölgəsinə çevrilib. Sərhədin müaqişə zonasına yaxın 135 kilometrlik hissəsinə sentyabrın 27-dən İran ordusunun xeyli canlı qüvvəsi və hərbi texnikası cəmləşdirilib.