XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 19:04

Binəqədidə fövqəladə durum- Həyətləri su basıb, insanlar köməksiz vəziyyətdə...

 bineqedi su

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda yağan yağış nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması və vətəndaşların köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub.

FHN-in rəsmi saytı xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən evlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara müvafiq köməklik göstərilib.

Əməliyyat saat 16:05-də başa çatıb.