XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

23 May 2015 - 06:17

Abid Şərifov: “Yanan binada aparılan təmir işləri 5 aya yekunlaşacaq”

YANGIN-BINA.jpg

Bakıda yanğın baş verən çoxmərtəbəli binada aparılan təmir-bərpa işləri 5 aya yekunlaşacaq.

Bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib. (APA)

A. Şərifov qeyd edib ki, artıq binada təmir-bərpa işlərinə start verilib.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunun Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.

Binada əsaslı təmir və yenidənqurma işləri aparılması üçün 3 milyon manat ayrılıb.