XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 13:58

Qurban Qurbanov:“Həmin şəhərlərimizdə oynayacağımız günü səbirsizliklə gözləyirəm”

“Bütün fikrimiz ordudan gələn xəbərlərdə idi. Hər birimizin illərdir gözlədiyi xəbəri dünən cənab Ali Baş Komandamız tərəfindən verildi”.

Bu fikirləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

48 yaşlı mütəxəssis bildirib ki, hər zaman komandasına hansı şəhəri təmsil etdiklərini, hansı adı daşıdıqların məsuliyyətini izah edib: “İndidən sonra bu işğal haqda yox, bu zəfərdən danışacağam. Şükürlər olsun ki, ordumuzun şücaəti nəticəsində artıq torpaqlarımız düşmən işğalından qurtuldu, inanıram ki, məcburi köçkünlərimiz tezlikdə öz evlərinə qayıdacaq. Həmin şəhərlərimizdə oynayacağımız günü səbrsizliklə gözləyirəm. Allah şəhidlərimizə rəhmət etsin. Allah şəhid analarımıza səbr versin. Gözün aydın olsun Azərbaycan”/APA.