XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 16:47

Nazir müavinləri Rusiyanın Azərbaycandakı səfirliyinə başsağlığı veriblər –FOTO

Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov bu gün Rusiyanın Azərbaycandakı səfirliyində olublar.

Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsində məlumat verilib.

X. Xələfov və R. Tahirov Rusiyaya məxsus Mi-24 hərbi helikopterinin Naxçıvan istiqamətində vurulması nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı veriblər/APA.