XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 23:03

BMT Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması səylərinə görə Rusiyaya minnətdardır

BMT Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması səylərinə görə Rusiyaya minnətdarlığını bildirir.

Trend-in məlumatına görə, bunu brifinq zamanı BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

S.Düjarrik deyib ki, BMT Baş katibi Antonio Quterreş razılaşmanın əldə edilməsini rahatlıq hissi ilə qarşılayıb:

“Rusiya hakimiyyətinə etdiklərinə görə çox minnətdarıq”.

Baş katibin nümayəndəsi BMT-nin diqqətinin “hər zaman həyatların qorunması və hərbi əməliyyatları dayandırmaq və humanitar keçidinə yönəldiyini” vurğuladı.