XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

11 Noyabr 2020 - 10:00

Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı əməliyyat bölgəsinə yola düşüblər- FOTO

Ermənistana göndərilən Rusiya sülhməramlı hissəsinin hərbi qüvvələri atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlara nəzarət etmək üçün tapşırıqları yerinə yetirəcəkləri əraziyə yollanıblar.

APA xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Hərbi kolonlar 250 km-dən çox yol qət etməli və Dağlıq Qarabağdakı təmas xətti boyunca, eləcə də Laçın dəhlizi boyunca Rusiya müşahidə postlarının yaradılması üçün sülhməramlı kontingent yerləşdirməlidir”, – nazirliyin yaydığı məlumatda belə deyilir.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və hərbi əməliyyatlara nəzarət etmək üçün 1960 nəfərlik hərbi qulluqçu, 90 zirehli nəqliyyat vasitəsi, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət Rusiya sülhməramlı kontingenti yerləşdirilir.