XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2020 - 16:23

XİN:"Ukrayna beynəlxalq miqyasda tanınmış sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir"

Ukrayna Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Hesab edirik ki, növbəti addım olaraq bölgənin sabitliyini və canlılığını bərpa etməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında tam həllinə nail olmaq üçün beynəlxalq səylər davam etdirməlidir.

Ukrayna beynəlxalq miqyasda tanınmış sərhədlər daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyünü hər zaman və qeyd-şərtsiz dəstəkləyir”, – deyə Nazirliyin bəyanatında qeyd olunub.

XİN vurğulayıb ki, ərazi bütövlüyü prinsipi təcavüzdən və işğaldan əziyyət çəkən Ukrayna üçün təməlidir.