XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2020 - 23:22

Türkiyə Rusiya ilə atəşkəsə texniki nəzarətdə iştirak edəcək- Polad Bülbüloğlu

Türkiyə Rusiya ilə ortaq mərkəz çərçivəsində Dağlıq Qarabağdakı atəşkəs rejimi üzərində texniki nəzarətdə iştirak edəcək, bölgədə türk sülhməramlıları olmayacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK telekanalına müsahibəsində deyib.

P.Bülbüloğlu bildirib: “Söhbət türk sülhməramlılarının, əsgərlərinin gətirilməsindən getmir. Söhbət tərəflərin bəyanatın icrasına texniki nəzarətdən gedir”.

Onun sözlərinə görə, Qarabağda kontingentinin olmasına ehtiyac yoxdur.