XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2020 - 15:57

ANAMA:"Ağdam və Ağcabədidə partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə başlanılıb"

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam və Ağcabədinin yaşayış məntəqələrində partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə başlayıb. 

Məlumata görə, Ermənistan silahlı qüvvələrinin  Ağdam rayonuun Çəmənli, Sarıcalı, Əfətli, Kolqışlaq, Zəngişalı, Şükürağalı, Rzalar Ergi qəsəbəsi və Ağcabədi rayonunun Arazbar, Qiyaməddinli kəndlərinə və Ağ Göl Milli Parkının ərazisinə ağır artilleriyadan atdığı partlamamış hərbi sursatlar bu gün zərərsizləşdiriləcək.

ANAMA-nın supervayzeri Xaliq Zülfüqarov APA-ya bildirib ki, daşınması mümkün olmayan hərbi sursatlar yerində zərərsizləşdiriləcək.