XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

30 Mart 2016 - 02:22

Həbsdən çıxan siyasi məhbuslarmətbuat konfransı keçirəcək

alyans-1

Bu yaxınlarda həbsdən çıxan siyasi məhbuslar mətbuat konfransı keçirəcək.

Strateq.az xəbər verir ki, mətbuat konfransında ölkədəki siyasi məhbus problemi, problemi doğuran səbəblər və ondan çıxış yolları ilə bağlı iştirakçılar öz fikirlərini bildirəcək, jurnalistlərin suallarını cavablandıracaqlar.

Mətbuat konfransına texniki və informasiya dəstəyini “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı verir.

Toplantı 31 mart 2016-cı il saat 12:00-da Musavat partiyasının konfrans zalında olacaq.

Mətbuat nümayəndələri və maraqlananlara tədbir açıqdır.