XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2020 - 16:40

Rusiyaya vurulan helikopterə görə nə qədər təzminat veriləcək? –Səfirdən cavab

“Bakıda vurulan Rusiya helikopterinə görə təzminat məbləği hələ müəyyənləşməyib”.

Strateq.az “Russia Today” xəbər agentliyinin istinadla xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu deyib.

“Azərbaycan tərəfi ailələrə, dövlətə və ya hərbi idarəyə qaytarılması lazım olan bütün kompensasiyalara hazırdır. Amma təzminat məbləği hələ də müəyyənləşdirilməyib”.

Polad Bülbüloğlu “Mi-24” helikopteri ilə əlaqəli hadisənin səbəbləri ilə bağlı hələ ki bir nəticənin olmadığını deyib.

“Müharibədə hər şey ola bilər. Komissiya hələ də işləyir, hələ heç bir nəticə yoxdur. Helikopter axşam vaxtı aşağı hündürlükdə uçub, buna görə də radara düşməyib. Gənclər bundan səhv qərar çıxarıb”.