“Dağlıq Qarabağ bölgəsinin azad edilməsi Qafqaz bölgəsinin təhlükəsizliyinin sabitləşdirilməsində böyük bir hadisədir”.
Strateq.az IRIB-ə istinadla xəbər verir ki, bunu İran Ali Rəhbərinin Qərbi Azərbaycandakı nümayəndəsi və Urmiyənin imam-cüməsi Qureyşi bildirib.
O, Dağlıq Qarabağ bölgəsindəki hərbi əməliyyatların dayandırılmasından məmnun olduğunu ifadə edərək, müdrik Azərbaycan xalqını bu bölgələrin azad edilməsi münasibətilə təbrik edib.
Hüccətül-islam Qureyşi əlavə edib: “İşğalçıların və dünyanın təkəbbürlü şəxsləri bilməlidir ki, millətlərə zülm və dövlətlərin işğalı heç vaxt daimi olmayıb və istər-istəməz onlar üçün alçaqlıq və peşmançılıqdan başqa bir şey gətirməyəcəkdir”.
Daha sonra o bildirib: “Azərbaycan xalqını təbrik edir, Uca Tanrıdan bu diyarın şəhidlərinə rəhmət və ailələrinə səbr diləyirəm”.