XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2020 - 00:05

“Peyvənd xəbərləri neft qiymətlərində ciddi artıma səbəb olmayacaq”- Beynəlxalq Enerji Agentliyi

Beynəlxalq Enerji Agentliyi (IEA) bu həftə gündəmdə olan koronavirusa qarşı peyvənd xəbərlərinin gələn ilə kimi neft tələbatında ciddi artım yaratmayacağını düşünür.

Azərtac IEA-ya istinadla xəbər verir ki, COVID-19-a qarşı peyvəndin hazırlanması səyləri fonunda gələn müsbət xəbərlərin 2021-ci ilin ikinci yarısına qədər neft tələbatında ciddi artım yaratma ehtimalı yoxdur.

“Peyvəndin normal həyatın bərpasına necə və nə vaxt imkan verəcəyini bilmək hələ tezdir. Hazırda peyvənd xəbərlərinin 2021-ci ilin birinci yarısınadək neft tələbatına ciddi təsir göstərməyəcəyini proqnozlaşdırırıq. Bəzi ölkələrdə neft tələbatının zəif olması və istehsalın artması kimi göstəricilər qiymətlərə güclü dəstək verə bilmir”, – deyə agentlik bildirib.

IEA 2020-ci il üzrə qlobal neft tələbatı ilə bağlı daralma gözləntisini artırıb, 2021-ci ilə dair tələbatın bərpası proqnozunu isə yuxarı istiqamətli dəyişib. Belə ki, agentlik cari il üçün qlobal neft tələbatı üzrə daralma proqnozunu 0,4 milyon barrel/gün artıraraq 8,8 milyon barrel/günə çatdırıb, 2021-ci ilə dair bərpa proqnozunu isə 0,3 milyon barrel/gün artıraraq 5,8 milyon barrel/günə yüksəldib.

Oktyabr ayında qlobal neft tədarükünün gündəlik 200 min barrel artdığını açıqlayan IEA “OPEC+”un istehsalında heç bir dəyişiklik olmadığını vurğulayıb.