XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2020 - 14:41

Rusiya MN:"Qarabağda atəşkəs rejiminə riayət olunur"

Qarabağda bütün təmas xəttində atəşkəs rejiminə riayət olunur.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə deyib.

O, əldə olunan razılığa əsasən Rusiya sülhməramlılarının köməyi ilə Şuşada yaşayış məntəqəsi rayonunda həlak olanların cəsədlərinin mübadiləsinə başlandığını bildirib.

Konaşenkov Rusiyanın mümkün insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistanın silahlı qüvvələrinin baş qərargahları ilə fasiləsiz əməkdaşlıq etdiyini bildirib.