XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2020 - 15:30

Ermənistanın təxribatı nəticəsində Mingəçevirdə 31 fərdi yaşayış evinə ziyan dəyib- FOTO

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Mingəçevir şəhərinə dəymiş ziyanın qiymətləndirilməsinə başlanıb.

APA-nın un məlumatına görə, İşçi qrupu Mingəçevir şəhərində də qiymətləndirmə işlərinə start verib. Maliyyə nazirinin müşaviri, Mingəçevir şəhəri üzrə İşçi qrupunun rəhbəri Rafiq Hüseynov APA-ya bildirib ki, biz artıq şəhər ərazisində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi işlərinə başlanılıb: “Hazırda Mingəçevir şəhərində fəaliyyətimizi davam etdiririk. İşçi qrupunun fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb. İşçi qrupu tərəfindən bu günədək 34 akt tərtib edilib. Bunun 31-i fərdi yaşayış evlərinin, 3-ü nəqliyyat vasitələrinin payına düşür. Bir ev və bir yarımçıq tikili tamamilə yararsız hala düşüb. Ermənilərin şəhəri raket atəşinə tutması nəticəsində yararsız vəziyyətə düşmüş bir yaşayış evinin tikintisi və iki evin isə təmiri “Azərenerji” tərəfindən həyata keçirilir. Dekabrın 10-dək dəymiş ziyanın qiymətləndirilməsi və tələb olunan maliyyə vəsaitinin həcminə dair təkliflər Dövlət Komissiyasına təqdim ediləcək. Bir neçə günə biz işimi yekunlaşdıracıq”.

Xatırladaq ki noyabrın 6-da Prezident İlham Əliyev “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Mingəçevir, Gəncə, Goranboy, Naftalan və digər şəhər və rayonlara ezam ediliblər.