XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2020 - 18:23

BMT İnsan Haqları Şurasının Xüsusi Prosedurlar Mexanizmindəki bəyanatında Ermənistanın hərbi cinayətləri yer almayıb- Türkiyə XİN

“BMT İnsan Haqları Şurasının Xüsusi Prosedurlar Mexanizmindəki yer alan əsassız iddialar ərazidə baş verən həqiqətlərdən tamamilə uzaqdır. Bu saxta xəbərlərin yayılması Ermənistanın qanunsuz işğalını görməməkdir və Ermənistanı saxta “beynəlxalq terrorizmə qarşı mübarizə aparan qurban ölkə” təsəvvürü yaratmaq cəhdləridir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun BMT İnsan Haqları Şurasının Xüsusi Prosedur Mexanizminin Bəyanatını dəyərləndirərkən belə bildirib.

Aksoy deyib ki, Ermənistan Suriya Milli Ordusuna mənsub olan videogörüntüləri saxtalaşdıraraq sübut kimi qələmə verib. “Bu saxta videoların və ya insanların maddi maraqlar əsasında danışılmasının heç bir etibarlılığı yoxdur və bunlar həqiqətdən uzaqdır”.