XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2020 - 20:39

Türkiyədə koronavirus:2561 xəstə isə sağalaraq evə buraxılıb

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 89 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla bağlı son statistikanı açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 142 496 şübhəli koronavirus testindən keçib, onlardan 3223-nün cavabı pozitiv çıxıb, 2561 xəstə isə sağalaraq evə buraxılıb. 

Ağır xəstə sayı 3439 nəfər olub.

Türkiyədə indiyədək 414 278 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 11 507 nəfər ölüb.