Martın 30-da Moskvanın “Domodedovo” aeroportundan Azərbaycanın Qəbələ və Gəncə şəhərinə olan aviareyslər təxirə salınıb.
Azərtac “Domodedovo” aeroportunun rəsmi səhifəsinə istinadla xəbər verir ki, uçuşlar “Ural Airlens” aviaşirkəti tərəfindən həyata keçirməsi gözlənilirdi.
“U6 2433” saylı Moskva-Qəbələ reysi aviaşirkətə məxsus “Airbus A320” təyyarəsi ilə, “U6 2411” saylı Moskva-Gəncə aviareysi isə “Airbus A321” təyyarəsi ilə baş tutmalı idi.
Azərbaycana olan uçuşların təxirə salınma səbəbi qeyd olunmasa da, Rusiyanın müxtəlif şəhərlərində qatı duman müşahidə olunduğundan onlarla aviareys təxirə salınıb.