XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2020 - 17:25

BQXK prezidenti:“Rusiya sülhməramlılarının Qarabağda təhlükəsizliyi təmin edəcəklərinə ümid edirəm”

“Biz son bir neçə ildə Rusiya ilə əməkdaşlığımızı inkişaf etdiririk. Biz humanitar məsələlərə aktiv diqqət ayırırıq. Son illər ərzində bir-birimiz haqda çox şeyi öyrənmişik. Biz Suriyada, Qafqazda çalışmışıq. Bu gün isə Qarabağdakı əməkdaşlığımız humanitar yardım təşkilatının çox dərin anlayışı ilə xarakterizə olunur”.

Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Mauer Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.

O, BQXK-nın son 27 ildə Qarabağ regionunda iş apardığını qeyd edib: “Son bir neçə həftə ərzində yardımın həcmini çoxaltmışıq, xüsusi ilə də məcburi köçkünlərə… Bu işi davam etdirəcəyik. Həlak olanların meyitlərinin mübadiləsi ilə bağlı işi davam etdirmək vacibdir. Regionda fəaliyyətimizi bundan sonra da möhkəmləndirmək vacibdir. Burada biz Rusiyanın yardımına və Rusiyanın Silahlı Qüvvələrinə ümid edirik. Ümid edirəm ki, onlar yerlərdə təhlükəsizliyi təmin edəcəklər”/APA.