XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2020 - 18:08

Türkiyə MN-dən Azərbaycana təbrik:"Milli Dirçəliş Gününüz mübarək olsun!”

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Strateq.az xəbər verir ki, bu barədə nazirliyin tvitterində mesaj yayılıb.

Mesajda deyilir: “İşğal edilmiş ərazilərini azad etmək üçün milli şüurla hücuma keçən və Qarabağdakı hərəkatı zəfərlə sonuclandıraraq bütün dünyaya milli dirilişin, birlik və bərabərliyin gücünü göstərən Azərbaycan türkü qardaşlarımızın Milli Dirçəliş Günü mübarək olsun!”.