XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2020 - 18:31

Türkiyənin Milli Müdafiə naziri:"Ermənilərin Azərbaycan torpaqlarını tərk edərkən evlərə və meşələrə od vurmasını pisləyirik"

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarını tərk edərkən evlərə və meşələrə od vurmasını pisləyib.

Bu barədə türkiyəli nazir Türkiyə Milli Müdafiə Nazirliyinin rəhbərliyi ilə videokonfrans formatında keçirdiyi iclasda bildirib.

Qeyd edək ki, Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra buraya yerləşdirilmiş ermənilər rayonu tərk edirlər. Kəlbəcəri tərk edən ermənilər yaşadıqları evlərin qapı və pəncərələrini söküb özləri ilə aparır, yaşadıqları evlərə, habelə meşələrə od vurub yandırırlar.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanmış bəyanata əsasən, Ermənistan Respublikası 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu, Ağdam rayonunu 20 noyabr 2020-ci il tarixinədək və 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarmalıdır/APA.