XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2020 - 12:42

Rusiya MN:"Qarabağa sülhməramlıların daşınması ilə bağlı 170-dən çox reys həyata keçirilib"

Rusiya sülhməramlı qüvvələrini daşıyan Rusiya Aerokosmik Qüvvələrinin növbəti hərbi-nəqliyyat təyyarələri Ermənistana yola düşüb.

APA-nın Rusiya Müdafiə Nazirliyinə (MN) istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda sülhməramlı əməliyyatlarda iştirak edəcək 15-ci sülhməramlı briqadanın şəxsi heyətini və hərbi texnikaları daşıyan daha bir neçə İl-76 və An-124 “Ruslan” hərbi-nəqliyyat vasitəsi Ulyanovsk-Vostoçnıy aerodromundan yola düşüb və İrəvanda aerodroma eniş edib.

Bildirilib ki, noyabrın 10-dan etibarən Ermənistana 170-dən çox reys həyata keçirilib.