XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2020 - 14:22

“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisə təqdim ediləcək- Yaxın günlərdə

“Ali təhsil haqqında” qanun layihəsi yaxın günlərdə Milli Məclisin Elm və Təhsil komitəsinə təqdim ediləcək.

Bunu APA-ya açıqlamasında komitənin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, “Ali təhsil haqqında” qanunun hazırlanması üçün İşçi Qrupu yaradılmışdı: “Qanun layihəsi üzərində işlər davam etdirilir. Yaxın günlərdə İşçi Qrupu tam hazır  şəkildə, ilkin variantda “Ali təhsil haqqında” qanunu müzakirə edib, komitəyə təqdim edəcək”.

B.Əliyev qeyd edib ki, payız sessiyasında qanun layihəsinin Milli Məclisdə müzakirələrinə başlanması gözlənilir:“Layihə ilə bağlı geniş müzakirələr aparılacaq. Komitədə müzakirədən sonra geniş ictimai dinləmələr keçirməyi nəzərdə tutmuşuq. Bu ictimai dinləmələr çox vaxt alarsa, qanun layihəsinin qəbulu yaz sessiyasına qala bilər. Ancaq müzakirələr çox vaxt almazsa, payız sessiyasında biz artıq qanun layihəsini qəbul edə biləcəyik”.