XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

18 Noyabr 2020 - 16:46

Düşmənə tarixi dərs verərək şəhid olan tarix müəllimi- FOTO

İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi, baş leytenant Famil Əhmədzadə Tərtərin Talış-Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.

Təhsil Nazirliyindən “Report”a bildirilib ki, o, 1997-ci ildən sözügedən məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub.

F.Əhmədzadənin təşəbbüsü ilə məktəbdə tarix-diyarşünaslıq muzeyi yaradılıb. İşlədiyi müddətdə öz savadı, mədəniyyəti və istedadı ilə şagirdlərin, müəllimlərin, bir sözlə, hər kəsin sevimlisi olub.

Allah rəhmət eləsin!