XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 14:46

Həbsdəki teleaparıcı vəkilindən imtina etdi

ilham

Dələduzluqda təqsirləndirilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilən aparıcı İlham Mirzəyev vəkilindən imtina edib.

Bu barədə Trend-ə onun vəkili Telman Abdiyev məlumat verib.

Vəkil bildirib ki, İ.Mirzəyevin yaxınları ilə qarşılıqlı anlaşma əsasında aralarında olan müqavilə pozulub.

Bundan sonra T.Abdiyev İ.Mirzəyevin hüquqlarını müdafiə etməyəcək.

Vəkil bildirib ki, yaxınları müqaviləni davam etdirmək istəmədilər: "Qərara aldılar ki, hələlik vəkilə ehtiyacları yoxdur. Əgər ehtiyac olarsa, ya mənimlə, ya da başqa vəkillə müqavilə bağlayarlar".

Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, aparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir.

Nərimanov Rayon Məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apellyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.