XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2020 - 22:19

Yaxın 3 gün ərzində hava belə olacaq- Milli Hidrometeorologiya Xidməti

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata əsasən, yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Havanın maksimal temperaturu aran rayonlarında 6-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.