XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2020 - 22:17

İctimai birlik cəbhə bölgəsində yaşayan aztəminatlı aiələlərə ərzaq yardımı göstərib –FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə “Qlobalaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi”(QASİM) ictimai birliyinin “Cəbhə bölgəsində yaşayan aztəminatlı ailələrə yardım layihəsi uğurla başa çatmışdır.

Layihə çərçivəsində Naftalan şəhəri  və Daşaltı Qaraqoyunlu,Qasımbəyli kəndlərində yaşayan müharibədən zərərçəkmiş aztəminatlı 70 ailəyə ərzaq yardımı göstərilmişdir. Yardım alan ailələrin əksəriyyəti birinci və ikinci Qarabağ müharibələrində zərərçəkmiş şəxslər və onların ailələri olmuşdur. Layihənin iştirakçıları hər bir ailə ilə ayrılıqda görüşmüş, onlara cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağın azad olunması ilə bağlı həyata keçirdiyi hərbi, iqtisadi, siyasi və diplomatik fəaliyyət haqqında məlumat vermiş, qələbə münasibəti ilə onları təbrik etmişlər.

Onlar son döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinə gedərək onlara başsağlığı vermiş, şəhidlərin ruhuna dua oxumuşlar. Yardım alan insanlar Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin siyasətinin bəyəndiklərini bildirmiş, ölkədə mövcud olan birlik və həmrəyliyi təqdir etmiş, ona qazanılan böyük Qarabağ qələbəsinə görə təşəkkür etmişlər.

Layihənin rəhbəri Leyli Quliyeva görüşlər zamanı şəhid ailələrinin, müharibə əlillərinin və onların ailələrinin daima dövlətimizin qayğısı altında olduğunu, Prezidentimizin diqqətində saxlandığını qeyd etmişdir. O, QHT Şurası tərəfindən göstərilən bu yardımların da həmin qayğı və diqqətin kiçik ifadəsi olduğunu bildirmişdir.

Tədbirlərin uğurla keçirilməsində Naftalan şəhəri İcra hakimiyyətinin başçısının müavini Arzu Məmmədov, İcra Hakimiyyəti aparatının əməkdaşları Vüsal Alıyev və Nail Aslanov yaxından iştirak etmişlər.