XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

07 Mart 2015 - 08:54

Rafiq Əliyev Azərbaycana gəldi və getdi…

Sabiq iqtisadi inkişaf nazir Fərhad Əliyevin qardaşı, “Azpetrol” şirkətinin keçmiş rəhbəri Rafiq Əliyev Azərbaycana gəlib.

Bu barədə azvision.az-a R.Əliyevin yaxınları məlumat verib. Bildirilib ki, R.Əliyev bir müddət öncə rəhmətə gedən balaca qardaşı Sudeyif Əliyevin dəfn mərasimində iştirak edə bilməsə də sonradan Cəllilabadın Alar kəndinə gəlib: “Rafiq Əliyev kənddə bir həftə qaldı. O, qardaşının dəfn mərasiminə gələ bilməmişdi. Ona görə də Azərbaycana sonradan gəldi. Qardaşına yas mərasimi keçirdi. Bir həftə olar ki, Azərbaycandan gedib”.

Qeyd edək ki, ötən il prezident İlham Əliyevin sərəncamı ilə azadlığa buraxılan sabiq nazir Fərhad Əliyev və qardaşının Londonda yaşadığı bildirilir.