XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

30 Mart 2016 - 15:27

Dubay şeyxinin qohumları ov üçün yenəHacıqabula gəliblər -FOTO

 

seyx

Ərəb şeyxlərinin ölkəmizdə ov macəraları davam etməkdədir.

Birləşmiş Ərərb Əmirliyinin Dubay şahzadəsi Həmdan bin Məhəmməd əl Məktumun dostları və qohumları yenidən Hacıqabulun Qarasu kəndinə gəliblər.

Bu barədə Strateq.az-a kənd sakinləri məlumat verib. Qarasuda çadır quran ərəblər bahalı maşınları ilə diqqəti çəkib.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən ilin sonlarından məlumat yayaraq Azərbaycan ərazisində ovlanacaq heyvan və quşlarla bağlı, eyni zamanda ov yerləri ilə bağlı məhdudiyyət qoyub. Hələ o zaman ekoloq Telman Zeynalov bildirmişdi ki, xarici ölkə vətəndaşları Azərbaycanda ov etmək istəyərlərsə, ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidirlər: “Özü də kefləri harda istəsə yox, nazirliyin göstərdiyi ərazidə ov edə bilərlər”. Ekoloq onu da açıqlamışdı ki, ov mövsümünün başlanması ilə bağlı elanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi verir. Nazirliyin ov mövsümünü açıq elan etməsi iıə bağlı müraciəti isə hələ ki gözə dəymir.

Bildirək ki, Dubay şahzadələri Azərbaycana dovşan, ördək, qaşqaldaq deyil, adı Azərbaycanın Qırmızı Kitabına düşən, nəsli kəsilməkdə olan bəzdək və digər quşları ovlamaqda maraqlıdırlar.

Strateq.az