XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

20 Noyabr 2020 - 19:55

Nazirlər Kabinetinin səlahiyyətləri artırılır- Detallar

Nazirlər Kabinetinin səlahiyyətləri artırılır.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün imzalanan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.

Fərmana əsasən, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.