XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

30 Mart 2016 - 16:55

Nazir müavini:"Azərbaycanda əsas problem 2-3 ulduzlu hotellərin az olmasıdır"

Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov

 

"Nazirliyin hansısa şirkət, hotel və ya restoranın qiymətinin aşağı salınması ilə bağlı səlahiyyəti yoxdur. Çünki Azərbaycanda bu sahədə sərbəst bazar şəraiti mövcuddur. Qiyməti yuxarı olan restorana gələn müştəri ikinci dəfə ora üz tutmaz. Bu da təbii ki, biznes itirməsi deməkdir. Yəni, biznesi itirən restoran və ya hotel qiymətlərin yuxarı olmasını düşünməlidir".

 

Report.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov deyib.

Xarici valyuta ilə hesablayarkən Azərbaycanda qiymətlərin daha cəlbedici olduğunu deyən nazir müavini bildirib ki, Novruz bayramından əvvəl Gürcüstanda olan qiymətlərlə Azərbaycan hotellərində olan qiymətləri müqayisə etdikdə 5 ulduzlu seqment üzrə Bakıda olan brend hotellərin 3-4 dəfə, 4 ulduzlu seqment üzrə 2 dəfə ucuz olduğu məlum olur: "Azərbaycanda bu sahədə əsas problem 2-3 ulduzlu hotellərin az olmasıdır".

O, qeyd edib ki, bu gün az ulduzlu hotellər üçün təklif çox zəifdir: "Çünki 2-3 ulduzlu hotellərin tikilməsinə indiyə kimi iri holdinq və ya sahibkarlar böyük maraq göstərməyib. Səbəb isə bu işin onlara o qədər də cəlbedici görsənməməsidir. Halbuki 2-3 ulduzlu hotelə qoyulan investisiya daha tez geri qayıdır. Ona görə bu sahədə işləri daha da gücləndirmək lazımdır".